18 Mart 2026 08:48

Haqqımızda

Caspian Defence MMC 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda təsis edilib. Şirkət müdafiə və təhlükəsizlik sahəsində, o cümlədən bu sektorun sənaye istiqaməti üzrə fəaliyyət göstərir.

Caspian Defence MMC hərbi potensialın təhlili, müdafiə sənayesi siyasəti, təhlükəsizlik qiymətləndirmələri və silahlı qrupların profilləri kimi mövzularda məlumat verir.

Caspian Defence MMC müdafiə və təhlükəsizlik sənayesi müştərilərini, dövlət və özəl təşkilatlarına müdafiə məhsullarının alışı prosesinə dəstək verir.

Şirkətin elmi-texniki fəaliyyətinin prioritet istiqamətləri:

– informasiya texnologiyaları sahələrində birləşdirilmiş silah və texnika sistemlərinin komplekslərinin, habelə ikili təyinatlı texnologiyalar əsasında yaradılmış məhsulların hazırlanması, istehsalı və modernləşdirilməsi;

– əvvəllər istehsal olunmuş məhsulların təmiri və xidməti;

– hərbi təyinatlı məhsulların ixracı, satışdan sonrakı xidməti üzrə müqavilələrin icrasının təmin edilməsi, həmçinin tərəfdaşların (sifarişçi ölkələrin) ərazisində məmulatların lisenziyalı istehsalının təşkili.